"İdmandan kənar": "Dəstəmaz alım, başımdan vurun" - Silahlı təhdidlərə boyun əyməyən "9 nömrə" + Foto/Video

Bəzən futbolçunun həyatındakı ən ağır mübarizə rəqib müdafiəçilərə, qapıçılara və ya zədələrə qarşı olmur. Bəzən insan sevdiyi işlə məşğul ola bilmək üçün həyatını təhlükəyə atanların qarşısında dayanmalı olur. Fatih Tekkenin hekayəsi də belə sınaqlarla doludur. Bir tərəfdə uşaqlıqdan qurduğu futbol arzusu, digər tərəfdə isə onu bu yoldan döndərmək istəyənlərin təhdidləri...