“Beşiktaş” azarkeşlərinə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edildi - Anbaan video

Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

“Beşiktaş” – “Hapoel” matçı zamanı tribunlarda baş verən insidentlərə görə stadiona əlavə çevik polis qüvvələri də cəlb olunub.

Həmçinin Gürcüstan polisi türkiyəli azarkeşlərə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Türkiyənin gənclər və idman naziri Gürcüstan hüquq-mühafizə orqanlarının “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etməsini pisləyib. Nazir Türkiyə azarkeşlərinin hüquqlarını müdafiə edəcəklərini bildirib.