Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçilib

2028-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” və “İdman Paytaxtı” müəyyənləşib.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 26-da nazirliyin Kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Tərtər “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçilib.

Qeyd edək ki, 2028-ci il ərzində hər iki şəhərdə gənclər və idman sahələrini əhatə edən müxtəlif tədbirlər təşkil olunacaq.