2028-ci ilin “Gənclər” və “İdman paytaxtı” bəlli oldu - Foto

Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2028-ci il üçün "Gənclər paytaxtı" və "İdman paytaxtı" müəyyənləşib.

Bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, keçirilən səsvermənin nəticələrinə əsasən, Tərtər 2028-ci il üçün “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçildilər.