Erməni lobbisinin himayəsində: Əli Kərimli ailəsinin Qərb təmasları

15 dekabr 2026-cı il tarixində Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində Azərbaycanda insan hüquqları (Əli Kərimlinin işi və parlament dinləməsi) mövzusunda tədbir keçiriləcəyi barədə redaksiyamıza məlumat daxil olub.

Məlumatda bildirilir ki, tədbirin təşkilatçısı Mühafizəkarlar Partiyasının İnsan Hüquqları Komitəsidir. Partiya daxilində yayılan dəvətdə tədbirdə Əli Kərimlinin övladları — Türkel Kərimli və Sezan Kərimlinin iştirak edəcəyi qeyd olunur. Ən diqqətçəkən məqam isə tədbirə komitə sədri Tim Lautonun (Loughton) moderatorluq etməsidir.

Tim Lauton ilk dəfə 1997-ci ildə Şərqi Uortinq və Şorhem seçki dairəsindən parlament üzvü seçilib və İcmalar Palatada 27 il fəaliyyət göstərib. (2001, 2005, 2010, 2015, 2017 və 2019-cu illərdə yenidən seçilib)

Böyük Britaniya Erməni Milli Konqresinin (ANC UK) məlumatına görə, 2020–2024-cü illərdə Parlamentin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG Armenia) sədri olub. Qrupun rəsmi reyestrində Louton 2023-cü ilin aprelində və 2024-cü ilin aprelində sədr və rəsmi əlaqələndirici şəxs (Chair & Registered Contact) kimi göstərilib.

Burada katiblik rəhbəri kimi (ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs) kimi adı qeyd olunan Annette Moskofian Böyük Britaniya Erməni Milli Komitəsinin (Armenian National Committee of the United Kingdom - ANC UK) sədri və Britaniya parlamentindəki Ermənistan üzrə Bütün Partiyalar Parlament Qrupunun (APPG for Armenia) katibliyinin (Secretariat) rəhbəridir. Britaniya parlamentində və hökumət dairələrində erməni diasporunun maraqlarını təmsil edən əsas lobbiçilərdən biridir. O, Britaniya parlamentində qondarma "erməni soyqırımı"nın tanınması qanun layihələrinin irəli sürülməsi, Azərbaycan əleyhinə qətnamələrin müzakirəsi, Qarabağ məsələsi və Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə bağlı Britaniya deputatlarının parlamentdə suallar qaldırması istiqamətində fəal iş aparır.

20 may 2025-ci ildə Ermənistanın Londondakı səfirliyinin Ermənistan üzrə Bütün Partiyalar Qrupunun (APPG) üzvləri və “Parliamentary Friends of Armenia” qrupu üçün təşkil etdiyi qəbulda Tim Lauton Ermənistan–Böyük Britaniya münasibətlərinin möhkəmləndirilməsindəki uzunmüddətli xidmətlərinə görə təltif olunub. Ermənistan Parlamenti adından ona Ermənistan Milli Məclisinin medalı təqdim edilib. Tim Lauton “Facebook” hesabında Ermənistan səfirliyində keçirilən qəbulda Ermənistana dəstək və erməni soyqırımının tanınması istiqamətindəki parlament fəaliyyətinə görə səfir Nersesyan tərəfindən Ermənistan Respublikası Milli Assambleyasının Fəxri Medalı ilə təltif olunmasından böyük qürur duyduğunu yazıb.

Tim Louton 2021-ci il noyabrın 9-da 1915–1923-cü illər hadisələrinin Britaniya hökuməti tərəfindən "erməni soyqırımı" kimi rəsmən tanınmasını tələb edən qanun layihəsinin müəllifi olub.