Azərbaycanın elektrik enerjisinin ixracından gəliri 71%-dən çox azalıb

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 18 milyon 428,12 min ABŞ dolları dəyərində 358 milyon 581,27 min kilovat-saat elektrik enerjisi ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

2025-ci ilin müvafiq dövrünə nisbətən ixrac edilən elektrik enerjisinin dəyəri 71,44%, həcmi isə 68,22% azalıb.