Öyrən, tətbiq et, paylaş: tədrisdə yeni yanaşmalar layihəsinə qeydiyyat başlayır!

“Öyrən, tətbiq et, paylaş: tədrisdə yeni yanaşmalar” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilir.

Layihə 22–35 yaş aralığında olan, Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından olan gənc müəllimlərin qeyri-formal təhsil və innovativ tədris metodları üzrə bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

5–7 dekabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək 3 günlük intensiv təhsil düşərgəsində ölkənin müxtəlif bölgələrindən seçiləcək gənc müəllimlərin iştirakı nəzərdə tutulur.

Düşərgə müddətində iştirakçılar qeyri-formal təhsilin prinsipləri, interaktiv dərs metodları, layihə və problem əsaslı öyrənmə, rol oyunları, simulyasiyalar, oyunlaşdırma, refleksiya və müasir qiymətləndirmə üsulları ilə tanış olacaq, bu yanaşmaları praktiki şəkildə tətbiq etmək imkanı qazanacaqlar.

Praktiki tapşırıqlar, komanda işləri və mikrodərslər vasitəsilə iştirakçılar öz fənlərinə uyğun innovativ dərs planları hazırlayacaq, yeni tədris yanaşmalarını sınaqdan keçirəcək və təcrübə mübadiləsində iştirak edəcəklər.

Layihənin əsas məqsədi gənc müəllimlərin müasir tədris metodlarını real dərs prosesinə inteqrasiya etmələrinə dəstək olmaq, onların peşəkar inkişafını təşviq etmək və əldə olunan bilik və təcrübənin digər müəllimlər arasında yayılmasına töhfə verməkdir.

Tarix: 5–7 dekabr 2026-cı il

Məkan: Qlobus Center, 13-cü mərtəbə, Bakı şəhəri

İştirakçılar: Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından 22–35 yaş aralığında olan gənc müəllimlər

Qeydiyyat linki: https://forms.gle/vk6pbysszvi3yPzMA

Son qeydiyyat: 25 noyabr 2026-cı il.

Layihədə iştirak etmək və müasir tədris yanaşmalarını öyrənərək öz dərslərində tətbiq etmək istəyən gənc müəllimləri qeydiyyatdan keçməyə dəvət edirik!

Öyrən, tətbiq et və təcrübəni paylaşaraq təhsilin inkişafına töhfə ver!