İnformatikanın imtahana salınması şagirdlərin xeyrinə olar

IX və XI siniflər üzrə buraxılış imtahanlarına informatika fənninin əlavə edilməsi məsələsi yenidən gündəmə gəlib.

Elmin Nuri AzEdu.az-a açıqlamasında informatika fənninin buraxılış imtahanlarına daxil edilməsinin tərəfdarı olduğunu bildirib.

O qeyd edib ki, hazırda şagirdlər buraxılış imtahanlarında ana dili, riyaziyyat və xarici dil olmaqla üç fənn üzrə biliklərini nümayiş etdirirlər:

“İnformatika fənninin tədrisi, alqoritmik düşüncə tərzinin və proqramlaşdırma təfəkkürünün formalaşdırılması şagirdlərin birbaşa xeyrinədir. Şərt deyil ki, həmin şəxs gələcəkdə İT mütəxəssisi və ya proqramçı olsun. İnformatika yaxşı mənimsənildikdə alqoritmik düşüncə tərzi hər zaman onunla olacaq. Məhz bu detallara görə şəxsən mən istərdim ki, informatika fənni buraxılış imtahanlarına salınsın”.