Dələduzluq etməkdə təqsirləndirilən hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona 7 il həbs cəzası verilib.
Qeyd edək ki, N.Səfərov ötən ilin sonunda polis tərəfindən tutulub. O, bir nəfərin vəzifəyə təyin edilməsinə kömək vədi ilə 53 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.