Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 46,73 milyon ABŞ dolları dəyərində 27 min 467 ton sürtkü yağları ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 21 % çoxdur.
Hesabat dövründə Azərbaycan Bolqarıstana 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çox) 4 min 526 ton (+59 %), Ukraynaya 3,7 milyon ABŞ dolları dəyərində (-14 %) 2 min 284 ton (-36 %), İraqa 3,31 milyon ABŞ dolları dəyərində (-27 %) 1 min 711 ton (-42 %), Niderlanda 3,3 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 min 912 ton (+91 %), İspaniyaya 2,64 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 488 ton (+2,6 dəfə) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyaya (0,24 min ABŞ dolları dəyərində 0,12 ton), Kot-Divuara (35,4 min ABŞ dolları dəyərində 17,6 ton), Maliyə (44,5 min ABŞ dolları dəyərində 21 ton), Mərkəzi Afrikaya (29,7 min ABŞ dolları dəyərində 19,7 ton), Toqoya (150,4 min ABŞ dolları dəyərində 53 ton) tədarük həyata keçirilib.