Ağır itkidən sarsılan Xalq artisti: “Telefonla danışanda mənə dedi ki…”

“Noyabrın birində zəng vurub Elmira xanımın doğum gününü təbrik etdim. O da mənə xoş sözlər dedi. Səsi indi telefonumda qalır… Dedi ki, çox sağ ol, Xalidə, səni, ailənizi çox istəyirəm, sevimli tələbəm olmusan, amma mənə uzun ömür arzulama. Mən çox yaşamaq istəmirəm. Xəstə idi, əziyyət çəkirdi, Allah o dünyasını versin. Mənim yaddaşımda işıqlı, pozitiv bir xanım kimi qalacaq. Böyük insan idi. O, əvvəl insan idi, sonra da sənətkar. Onun kursa daxil olmağı, bizə dərs deməsi yadıma düşür. İçəri girəndə, hətta qış fəsli olsa da, elə bilirdim otağa yaz havası daxil oldu. Saçları hələ tam qurumamış, gözəl, baxımlı bir xanım… Biz kursun qızları ona bənzəməyə çalışırdıq. Onun kimi gözəl olmaq istəyirdik. Həm ailəcanlı, həm istedadlı, gözəl xanım, gözəl ana bütün keyfiyyətləri özündə cəm edən mükəmməl bir insan idi”.