Müğənni Qumral sərhədlərindən danışdı: “Ailəli olduğuma görə…”

“Ailəli olduğuma görə qarşımda sərhədlər var”.

Bu sözləri müğənni Qumral deyib.

Sənətçi özünə qoyduğu qadağalardan danışıb. Ailəli olduğu üçün müəyyən sərhədləri olduğunu bildirən Qumral gözəlliyi və səsi ilə də öyünüb:

“Səhnəyə hər baxımdan yaraşan bir insanam. İstər gözəllik olsun, istərsə də səs, fərq etməz. Sadəcə, bir dənə çərçivəmiz var, o da ailədir. Bəziləri kimi istədiyim hərəkətləri edə bilmirəm. Müəyyən yerlərə gedə bilmirəm. Ailəli olduğuma görə qarşımda sərhədlər var”.