Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

DİN-ə istinadən, Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.