Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Abdıyeva Səmər Həsən qızı Bakı şəhəri 333 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub.
Bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, pedaqoji fəaliyyətə 2016-cı ildə başlayan Səmər Abdıyeva bu təyinata qədər 63 nömrəli tam orta ümumtəhsil məktəbində çalışıb.
Məktəbin kollektivi yeni direktorun rəhbərliyi ilə təhsil ocağının uğurlarının daha da artacağına və yeni nailiyyətlər əldə ediləcəyinə ümid edir.
T.İSMAYIL