Trampın kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putini görkəmli siyasətçi və tarixi şəxsiyyət adlandırıb.
Bu barədə o, telekanallardan birinə müsahibəsində danışıb.
O, Rusiya liderini tərifləyərək təşkilatçılıq qabiliyyətini, danışıqlara yaxşı hazırlaşmasını, məsələlərə dərindən yanaşmasını və müzakirə olunan mövzuları dərindən anlamasını bildirib:
“Biz söhbət edərkən çoxlu qeydlər aparır. Uitkoffla birlikdə düşünürük ki, o, təkcə müharibəni başa çatdırmaq deyil, həm də ABŞ ilə münasibətlərə sıfırdan başlamaq istəyir”.
Bununla belə, Kuşner Rusiyanın prezidentinin əsl niyyətnin ona məlum olmadığını etiraf edib.