“Barselona”nın qapıçısı ilə forma dəyişməyə cəhd etdim. Sırf öz kolleksiyam üçün, xatirə olaraq saxlamaq istəyirdim, amma alınmadı”.
Bunu UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın kapitanı Stas Pokatilov jurnalistlərə açıqlamasında deyib.
Qapıçı matç zamanı rəqibin adına deyil, öz oyunlarına kökləndiklərini bildirib:
“Meydana çıxanda qarşındakı rəqibin kim olduğunu düşünmürsən. Öz tapşırığın, öz oyun planın var. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparırsansa, artıq rəqibin kimliyinin fərqi olmur”.
Qeyd edək ki, “Sabah” – “Barselona” matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.