Yol tikintisi ilə bağlı bu ərazidə evlər söküləcək

Bakının Nərimanov rayonunda yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi evlərin sökülməsi planlaşdırılır.

Söküntü işləri 2025-2030-cu illər üzrə dövlət proqramı çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Ağanemətla küçəsini birləşdirəcək yol layihəsi ilə bağlıdır.

Sökülməsi nəzərdə tutulan evlər Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçələrinin kəsişməsində yerləşir və onların üzərinə xüsusi nişanlar vurulub.

Sakinlərin sözlərinə görə, evlərin hər kvadratmetrinə görə 2500-3000 manat arasında kompensasiya ödənilməsi gözlənilir. Onlar ərazidəki evlərin sənədli və çıxarışlı olduğunu bildirirlər.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Ağşəhər ərazisindən yolun inşasına artıq başlanılıb. Hazırda kommunikasiya xətlərinin köçürülməsi və digər hazırlıq işləri aparılır. Söküntü və kompensasiya ilə bağlı detallar isə layihənin növbəti mərhələsində dəqiqləşəcək.

Ətraflı "Xəzər TV"-nin videomaterialında: