Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: bir nəfər həbs edildi

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik araşdırması çərçivəsində bir nəfər həb edilib.

"Haber Global"a istinadla, istintaq çərçivəsində Ceylan Kaya barəsində həbs qərarı verilib.

Bundan əlavə, Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin də aralarında olduğu 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qeyd edək ki, Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində ötən gün 35 nəfər, o cümlədən aktyor, müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır tutulmuşdu.