Bu qidalar yaddaş və düşünmə qabiliyyətini zəiflədir

Gündəlik qida və içkilərin tərkibində istifadə olunan bəzi süni dadlandırıcıların yaddaş və düşünmə qabiliyyətinə mənfi təsir göstərə biləcəyi müəyyən edilib.

Bu barədə Türkiyənin “Cumhuriyet” nəşri məlumat yayıb. Araşdırmalara əsasən, yüksək miqdarda dadlandırıcı istehlak edən orta yaşlı insanlarda yaddaş, nitq və informasiyanı emal etmək qabiliyyətinin daha sürətlə zəifləməsi müşahidə olunub.

Beyin funksiyalarının zəifləməsi ilə əlaqələndirilən dadlandırıcılar arasında aspartam, saxarin, asesulfam-K, eritritol, sorbitol və ksilitol yer alır. Bu maddələr əsasən şəkərsiz qazlı içkilərin, saqqızların, süd məhsullarının və müxtəlif şirniyyatların tərkibində istifadə olunur.