“Duran Duran”ın gitaraçısı vəfat etdi

1980-ci illərin məşhur pop-rok qruplarından “Duran Duran”ın gitaraçısı Endi Teylor vəfat edib.

Musiqiçinin vəfatı ailəsi və qrup yoldaşları tərəfindən açıqlanıb.

65 yaşlı Teylor bir müddətdir dördüncü mərhələ metastatik prostat xərçəngi ilə mübarizə aparırdı. O, xəstəliyi barədə ilk dəfə 2022-ci ildə qrupun “Rock and Roll Hall of Fame”ə daxil edilməsi mərasimində danışmışdı.

Endi Teylor “Hungry Like the Wolf”, “Rio” və “The Reflex” kimi məşhur mahnıların yaranmasında mühüm rol oynayıb. 1980-ci ildə qrupa qoşulan gitaristin ifası “Duran Duran”ın elektron səslənməsinə rok enerjisi qatırdı. Qrupun kliplərinin MTV-də geniş yayımlandığı dövrdə onun gitara partiyaları kollektivin fərqləndirici xüsusiyyətlərindən birinə çevrilmişdi. Teylorun ölümü 1980-ci illərin musiqi tarixində mühüm yeri olan qrupun pərəstişkarları üçün ağır xəbər olub.