Xalq artisti Elmira Şabanova vəfat edib.
Bu haqda aktrisanın ailəsi məlumat yayıb.
E. Şabanova bu gün 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə çəkilib. O, 2 filmdə çəkildikdən sonra həyat yoldaşının qadağası ilə bir müddət kinoda görünməyib. 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş “Qəm pəncərəsi” filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur.