Bakıda qadını döydü, evin pəncərələrini sındırdı - Video

Sosial şəbəkələrdə vətəndaşın zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Bakupost.az-a istinadla, yayılan kadrlardan bir şəxsin qadının evinə basqın edərək pəncərələri sındırdığı, təhqiramiz ifadələr səsləndirdiyi görünür.

Bildirilib ki, hadisəni törədən Abbas Tağı oğlu Həsənlidir.

Qadın həyatının təhlükədə olduğunu bildirərək sosial şəbəkə vasitəsilə kömək istəyib.

Məlumata görə, zorakılıq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.