Dollar sabit qaldı, avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.

Avronun məzənnəsi 0,1% artaraq 1,8631 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,8% azalaraq 2,0562 manat təşkil edib.

Qeyd edək ki, ötən gün avro 1,8607 manat, 100 Rusiya rublu isə 2,0719 manat olub.