Reytinq agentliyi bildirib ki, 90 günlük qiymətləndirmənin nəticələrinə əsasən Nvidia-nın hazırkı «AA» kredit reytinqi (üçüncü ən yüksək səviyyə) aşağı salına bilər. Bununla əlaqədar şirkət «mənfi» proqnozla CreditWatch müşahidə siyahısına daxil edilib.
«Araşdırmalar və ya yeni məlumatların açıqlanması nəticəsində Nvidia-nın nüfuzuna, yaxud gələcək biznes perspektivlərinə zərər dəydiyi müəyyən edilməzsə, kredit reytinqinin mümkün endirilməsinin bir pillə ilə məhdudlaşacağını gözləyirik», – deyə S&P Global Ratings-in bəyanatında bildirilir.