ABŞ-də hər bir uşağa “SpaceX”in iki səhmi veriləcək

İlon Mask ABŞ-də hər bir uşağa “SpaceX” aerokosmik şirkətinin iki səhminin veriləcəyini bildirib.

Mask “X” hesabında ABŞ-də hər bir uşağa “SpaceX” şirkətinin iki səhminin, o cümlədən birinin şirkət tərəfindən və o birinin şəxsən özü tərəfindən veriləcəyini yazıb.

Oktyabr ayında milyarder vəd etmişdi ki, 2027-ci ildə ABŞ-də hər bir uşağa “SpaceX”in bir səhmini hədiyyə edəcək.

CNBC telekanalının məlumatına görə, İlon Maska “SpaceX” şirkətinin təxminən 4,8 milyard səhmi məxsusdur. 2025-ci il iyulun 1-nə olan məlumata görə, ABŞ-də 18 yaşına çatmamış uşaqların sayı isə 72 milyon nəfər təşkil edib.