Tramp NATO-nun baş katibi ilə İranı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte Ukraynadakı müharibənin nizamlanması və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bu barədə onların Floridada keçirilən görüşündən sonra yayılan birgə bəyanatda bildirilib.

Ağ Evin mətbuat hovuzu vasitəsilə yayılan bəyanatda görüşün olduqca məzmunlu keçdiyi vurğulanıb.

“Görüş çox məzmunlu oldu. Əsas müzakirə mövzuları Rusiya ilə Ukrayna arasındakı müharibə, İrandakı münaqişə, eləcə də Haaqa və Ankarada keçirilən sammitlərdə birlikdə əldə etdiyimiz rekord nailiyyətlər idi”, – deyə bəyanatda qeyd olunub.

Mar-a-Laqoda keçirilən görüş sənəddə “əla” kimi xarakterizə edilib.

Tramp və Rütte, həmçinin Rusiyanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək hər hansı addım atmasının qarşısının alınmasının vacibliyini müzakirə etdiklərini bildiriblər.

“Eyni zamanda, mümkün qədər tez bir zamanda sülh yolu ilə nizamlanmaya nail olmağın əhəmiyyətini müzakirə etdik”, – deyə birgə bəyanatda vurğulanıb.