Bakıda 63 yaşlı qadını avtomobil vurub, vəziyyəti ağırdır

Bakının Nizami rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.

1963-cü il təvəllüdlü Bəyim Seyid qızı Hüseynova yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.