Elçin Məsiyev dünya çempionatına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev FIFA U-17 dünya çempionatının qrup mərhələsinin üçüncü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.

Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.