ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putini “siyasətin qrossmeysteri” və tarixi şəxsiyyət kimi xarakterizə edib.
Bu barədə Kuşner Almaniyanın “Axel Springer SE” media konserninin rəhbəri Matias Döpfnerə müsahibəsində bildirib.
“Prezident Putin çox sistemli insandır. O, şübhəsiz ki, siyasətin qrossmeysteridir, tarixi şəxsiyyətdir. Həmişə çox yaxşı hazırlaşır, olduqca düşüncəli davranır, söhbət zamanı çoxlu qeydlər aparır, daha sonra mövqeyini konkret şəkildə ifadə edir.
Müzakirə olunan məsələlərin mahiyyətini çox dərindən anladığı açıq-aydın görünür”, – Trampın kürəkəni deyib.