Qaradağda palçıq vulkanı püskürüb

Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya tərəfindən qeydə alınıb.

Bir fazadan ibarət olan püskürmə 15 dəqiqə davam edib.

Püskürmə zamanı ayrılan enerji 1,15×10⁷ coul təşkil edib.

Vulkan püskürməsi 2 kilometr dərinlikdə qeydə alınıb.