Qaradağda palçıq vulkanı püskürüb

25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.Bu barədə Oxu24.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.Püskürmə bir faza ilə xarakterizə olunub və onun davamlığı 15 dəqiqə davam edib."Püskürmə zamani ayrılan enerji 1.15*10^7 Couldur. Püskürmə 2km dərinlikdə qeydə alınıb", - deyə məlumatda qeyd olunub.