Misirdə yanacaq daşıyan yük maşınının iştirakı ilə baş verən partlayış nəticəsində 20-dən çox insan həlak olub.
Bu haqda “Egyptian Gazette” məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 21 nəfər ölüb, daha 15 nəfər isə xəsarət alıb. Neft məhsulları və qaz balonları daşıyan yük maşını yoldan çıxaraq beton səddə çırpılıb və aşıb.
Qəzadan sonra güclü yanğın başlayıb.