İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo-ya istinadən, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.
Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.