İsmayıllıda qəza - Traktor iki hissəyə parçalandı, 4 yaralı var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”-a istinadən, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.

Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.