43 yaşlı kişini maşın vurdu

Tovuzda 43 yaşlı kişini maşın vurub.

Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü Qədili kənd sakini Elsəvər Məmmədovu maşın vurub.

Piyada Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.