Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
Bu barədə aktrisanın ailəsindən məlumat verilib.
Elmira Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. 1962–1997-ci illərdə müəllim və dosent kimi fəaliyyət göstərib. O, “Azərbaycanfilm” kinostudiyasında onlarla bədii filmdə rol alıb. Aktrisa 1977-ci ildə “Bədbəxtliyin astanasında” filmi ilə kinoya qayıdıb. Onun yaratdığı yaddaqalan obrazlar arasında “Ötən ilin son gecəsi” filmində Həmidə, “Qəm pəncərəsi” filmində Həmidə xanım, “Fəryad” filmində İsmayılın anası və “Təhminə” filmində Aliyə obrazları xüsusi yer tutur.
Elmira Şabanova 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. O həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.