İşquz dövləti filmi insanlığın ilkin tarixini araşdırır

“İşquz dövləti” filminin yaradıcı heyətini bəşər tarixinin ilkin mərhələləri ilə bağlı suallar düşündürüb.

Bunu filmin prodüseri Azər Aydəmir “Azərbaycan irsinə səyahət” adlı infosessiyada bildirib. O, komandanın insanın mənşəyi və bu coğrafiyanın tarixinin başlanğıcı barədə suallara cavab axtardığını deyib. A.Aydəmirin sözlərinə görə, geoloji və arxeoloji tədqiqatlar genişləndikcə yeni faktlar üzə çıxır, tarixə fərqli elmi yanaşmalar formalaşır. O qeyd edib ki, dərsliklərdə qısa məlumat verilən insanlığın ilkin mərhələlərinin araşdırılması və bu biliklərin sənədli film vasitəsilə geniş auditoriyaya çatdırılması xüsusi əhəmiyyət daşıyır.