Kəlbəcərin azad olunmasından 6 il keçir: İşğaldan qayıdışa uzanan TARİXİ YOLBu gün Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən 6 il ötür. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycana qaytarılıb. Bununla da rayonun 27 ildən artıq davam edən işğalına son qoyulub. Hər il noyabrın 25-i ölkəmizdə Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.Oxu24.com xatırladır ki,Kəlbəcər Azərbaycanın zəngin təbiəti, qədim tarixi, mədəni irsi və strateji coğrafi mövqeyi ilə seçilən rayonlarından biridir. Rayon ərazisi dağlıq relyefi, sıx meşələri, mineral su ehtiyatları, çayları və füsunkar mənzərələri ilə tanınır. Burada yerləşən tarixi abidələr, qədim yaşayış məskənləri, qalalar və süni mağaralar Kəlbəcərin qədim dövrlərdən insanların məskunlaşdığı ərazilərdən biri olduğunu göstərir.Kəlbəcər toponiminin mənşəyi ilə bağlı müxtəlif elmi mülahizələr mövcuddur. Bəzi tədqiqatçılar oykonimin ilkin formasının “Kevliçər” olduğunu ehtimal edir və onu qədim türk dillərində “çay üstündə qala” mənası ilə əlaqələndirirlər. Digər bir qrup tədqiqatçı isə ərazidə, Tərtər çayı boyunca yerləşən qayalıqlarda qədim süni mağaraların mövcudluğuna əsaslanaraq adın “kühül” sözü ilə bağlı olduğunu düşünür. Bu yanaşmaya görə, toponim “mağaralı yarğan” və ya “kühüllü yarğan” mənasını ifadə edə bilər. Başqa bir izaha əsasən, Kəlbəcər adı qədim türk dillərində işlənən “kəbli” – çayın ağzı və “çər” – dərə, yarğan sözlərinin birləşməsindən yaranıb. Bu mülahizəyə görə, adın ilkin forması “Kəbləcər” olub və zaman keçdikcə indiki şəklini alıb. Bununla belə, toponimin mənşəyi ilə bağlı fərqli elmi yanaşmalar mövcud olaraq qalır.Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayonun şəhəri və kəndləri uzun illər Azərbaycan dövlətinin nəzarətindən kənarda qalıb. Bu müddət ərzində Kəlbəcərin yaşayış məntəqələri dağıdılıb, evlər və ictimai binalar talan edilib, tarixi-mədəni və dini abidələrə ciddi ziyan vurulub. Qəbiristanlıqların dağıdılması, mədəni irs nümunələrinin məhv edilməsi və təbii sərvətlərin istismarı rayonun tarixi simasına ağır zərbə vurub.2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələnib. Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı 300-dən çox yaşayış məntəqəsini, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas hadisələrdən biri olub. Ermənistanın məğlubiyyətini qəbul etməsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalanıb.Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. Sənəddə rayonun noyabrın 15-dək təhvil verilməsi nəzərdə tutulsa da, Ermənistan tərəfi ərazini boşaltmaq üçün əlavə vaxt istəyib. Rusiya vasitəsilə Azərbaycana müraciət edilərək müddətin uzadılması xahiş olunub. Azərbaycan humanizm prinsiplərini əsas götürərək bu müraciətə müsbət yanaşıb və Kəlbəcərin təhvil verilməsi üçün əlavə 10 gün vaxt ayrılıb. Nəticədə 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb və rayonun 27 ildən artıq davam edən işğalına son qoyulub.Lakin Kəlbəcərin boşaldılması zamanı Ermənistan tərəfinin törətdiyi dağıntılar və talanlar ciddi narahatlıq doğurub. Rayon ərazisini tərk edən ermənilər evləri, yaşayış və ictimai binaları yandırıb, tikililəri talan edib, ağacları kəsib və ətraf mühitə ziyan vurublar. Bundan başqa, müxtəlif ərazilərdə, xüsusilə yolların və keçidlərin yaxınlığında piyada və tank əleyhinə minalar basdırılıb. İşğal dövründə və ərazinin boşaldılması zamanı törədilən bu əməllər Kəlbəcərin bərpası və təhlükəsizliyinin təmin olunması prosesini daha da çətinləşdirib.Minalanmış ərazilərin yaratdığı təhlükə işğaldan azad edilmiş torpaqlarda sonrakı illərdə də özünü göstərib. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər yaralanıb. Bu faciə işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin nə qədər ciddi olduğunu bir daha göstərib.Qeyd edək ki, üçtərəfli Bəyanata əsasən, Azərbaycanın digər iki rayonu da həmin dövrdə itki verilmədən geri qaytarılıb. Sənədin 2-ci bəndinə uyğun olaraq 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən isə dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Beləliklə, 44 günlük müharibədən sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olub.Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 25-də televiziya vasitəsilə xalqa müraciət edərək Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı bu tarixi hadisənin ölkəmizin həyatında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərin xidmətlərinin qiymətləndirilməsi məqsədilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə rayonun azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərən hərbi qulluqçular həmin medalla təltif olunublar.Kəlbəcərin azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması qərara alınıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsis edilən bu gün rayonun tarixini, mədəni irsini və azadlıq uğrunda mübarizədə göstərilən qəhrəmanlığı yaşatmaq baxımından xüsusi əhəmiyyət daşıyır.Kəlbəcərin geri qaytarılması ilə yanaşı, qarşıda rayonun yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, yaşayış məntəqələrinin dirçəldilməsi və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi kimi mühüm vəzifələr dayanıb. Uzun illər işğal altında qalan ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi, minaların təmizlənməsi, yolların və kommunal infrastrukturun qurulması bərpa prosesinin əsas istiqamətlərindəndir.Beləliklə, 25 noyabr Kəlbəcər üçün yalnız işğaldan azad edildiyi tarix deyil, həm də doğma yurda qayıdışın, tarixi ədalətin bərpasının və yeni inkişaf mərhələsinin rəmzidir. Kəlbəcərin azad olunmasından ötən altı il ərzində bu tarixi hadisənin əhəmiyyəti Azərbaycan xalqının yaddaşında xüsusi yer tutub. 27 ildən artıq davam edən işğalın başa çatması ilə Kəlbəcər yenidən Azərbaycanın ayrılmaz hissəsi kimi öz gələcəyini qurmaq yoluna qədəm qoyub.Hazırladı: Turan Etibaroğlu
Bu gün
3347 xəbər bu gün
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin dekabr ayı üçün vətəndaşların qəbulu cədvəli açıqlanıb.
"Qalatasaray"ın İngiltərənin "Aston Villa" klubunu İstanbulda 1:0 hesabı ilə məğlub etməsi ilə Okan Buruk uğurlu statistikasını davam etdirib. “Haber Global”a istinadən, RAMS Parkda keçirilən qarşılaşmada Deniz Gül 77-ci…
Hörmətli cənab Prezident! Sizin və Mehriban xanımın vətəndaşlarla görüşlərinizdə …
Hörmətli cənab Prezident, İsmayıllı rayonu özünün 95 illik yubileyini qeyd edərkən, …
Bakıda hazırda yollarda olan vəziyyət açıqlanıb. Yenicag.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda 1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi…
ABŞ ordusu Yaponiyanın Okinava prefekturasında yerləşən Kadena Hərbi Hava Bazasında yeni F-15EX qırıcılarının yerləşdirilməsinə başlayıb. Kyodo News-un məlumatına görə, yeni təyyarələr bazada istismarda olan köhnə…
Bu gün ölkə üzrə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bu barədə Redaktor.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Beləliklə, bu ayın bütün...
Avropa Komissiyası (AK) Rusiya ilə aparılacaq danışıqlar üçün yeni ilkin şərtlərini irəli sürüb. TASS agentliyinə istinadən, bunu AK-nın rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xalq artisti Elmira Şabanova vəfat edib. News24.az-ın əldə etdiyi məlumata görə, o, bu gün 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev…
Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib. Bu barədə mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib. Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O…
İş adamı və Azərbaycan diasporunun rəhbəri Yusif Xəlilov Voronejdəki "Yardı Superbar" restoranının sökülməsi barədə məhkəmənin qərarını icra etməməkdə ittiham olunur. Bu barədə Rusiya mətbuatında məlumat verilib. Qeyd…
Xalq artisti Elmira Şabanova vəfat edib. Oxu.Az-a istinadən, o, bu gün 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan…
ABŞ Çin, Avropa İttifaqı (Aİ) və daha 12 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib. Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn…
Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində (AFET) Azərbaycan-Avropa İttifaqı (Aİ) və Ermənistan-Avropa İttifaqı münasibətlərinə dair təqdim olunmuş tövsiyə layihələri Brüsselin Cənubi Qafqaz siyasətindəki…
"Kino istehsalatı sahəsinə cəlb olunan şəxslərin sayı lazımi saydan xeyli aşağıdır".
Bakıda 4, 35 və 32 nömrəli şəhər poliklinikalarında təmir işlərinin aparılması planlaşdırılır.
“Sabah” – “Barselona” qarşılaşmasına böyük maraq bilet satışında olduğu kimi, “ikinci əl” bazarında da özünü göstərir. Matça cəmi 3 saat qalıb. Tarixi görüşü stadiondan izləmək istəyən, lakin rəsmi satış zamanı bilet…
"Neftçi"nin U-19, U-17, U-16, U-15 və qızlardan ibarət U-16 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. "Football-plus.az" xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbirdə…
Stalinin şəxsi həkimi ona hakimiyyətdən getməyi tövsiyə etdi, 10 ay sonra isə həbsxanaya salındı1952-ci ilin yanvarında Vinogradov Stalini müayinə etmişdi. Həmin vaxt Sovet rəhbərinin səhhəti əvvəlki illərlə müqayisədə…
23-25 noyabr tarixlərində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Oxu24.com -a verilən…
Kəlbəcərin azad olunmasından 6 il keçir: İşğaldan qayıdışa uzanan TARİXİ YOLBu gün Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən 6 il ötür. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycan Ordusunun 44 günlük…
Bakıda hazırda yollarda olan vəziyyət açıqlanıb.Oxu24.com Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi…
Yeni il bayramı ərəfəsində ərzaq məhsullarına, xüsusilə ətə tələbatın artması qiymətlərin yüksələcəyi ilə bağlı gözləntiləri artırıb. İstehlakçıları maraqlandıran əsas məsələlərdən biri isə bayram günlərində baş verə…
Azərbaycanda ötən əsrin 90-cı illərində yaradılan və bu gün də fəaliyyətini davam etdirən şirkətlərdən biri “Avrora”dır.
Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi…
Xalq artisti Elmira Şabanova vəfat edib. Bu barədə onun ailəsi sosial şəbəkələrdə məlumat yayıb. Xalq artisti 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda…
Xalq artisti Elmira Şabanova vəfat edib. O, bu gün 86 yaşında dünyasını dəyişib. ...
Samux rayonunda 22 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törədib. Modern.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan rayonunun qəsəbələrindən birində tanışı Vüsalın (adlar şərtidir) əsgər…
Azərbaycanda ötən əsrin 90-cı illərində yaradılan və bu gün də fəaliyyətini davam etdirən şirkətlərdən biri “Avrora”dır. İlk illərdə məhsulların topdan satışı ilə məşğul olan şirkət sonradan istehsal, pərakəndə satış və…
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. Bununla bağlı Prezident İlh
Bu gün ölkə üzrə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Bu barədə Sfera.az- a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Beləliklə, bu ayın bütün sosial ödənişləri başa…
Nazirlər Kabineti Əmək Məcəlləsinə edilən dəyişikliklərin icrasını təmin etmək üçün sərəncam verib. Noyabrın 25-də imzalanan sərəncama əsasən, Ədliyyə Nazirliyi Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna…
Xalq artisti Elmira Şabanova vəfat edib. Medianews.az oxu.az-a istinadən xəbər verir ki, o, bu gün 86 yaşında dünyasını dəyişib.
Об этом сообщили в Минобороны России.
Sifra North 01 является вертикальной газовой скважиной с целевой глубиной около 4500 м.
AFFA İntizam Komitəsi “Turan Tovuz”un məşqçisini 3 oyunluq cəzalandırıb. Bu barədə qurumun bugünkü iclasında qərar qəbul…
Xalq artisti Elmira Şabanova vəfat edib. “Oxu.az”a istinadən, o, bu gün 86 yaşında dünyasını dəyişib.
ABŞ Prezidenti Donald Trampın administrasiyasında İranın ali rəhbərliyindəki sərt xətt tərəfdarı olan şəxslərin aradan götürülməsi ehtimalı müzakirə olunur. Vaşinqtonda hesab…
İspaniyada noyabrın 29-da keçiriləcək parlament seçkiləri ərəfəsində sosial şəbəkələrdə ölkənin siyasi və iqtisadi vəziyyəti ilə bağlı saxta məlumatlar yayan genişmiqyaslı…
Ərkivan Xeyriyyə Cəmiyyəti uğur qazanmış, tanınmış ərkivanlıların həyat yolu, fəaliyyəti və təcrübəsini gənc nəslə tanıtmaq məqsədilə “Fəxrimiz” adlı yeni layihəyə…
“Ermənistanın yeni konstitusiyasının layihəsi Əliyev, Ərdoğan və Paşinyanın Ermənistanla bağlı fikirlərinin ümumi məcmusudur”. Bu iddianı erməni…
Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi…
İran rəsmiləri blokadanı güc yolu ilə qırmaq imkanlarını müzakirə edirlər. Bu fikirlər Müharibə Tədqiqatları İnstitutunun (ISW)…
Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri dəyişdikdən sonra yeni rəhbər təyin olunmasa da, yeni rəhbərin gəlişinə “şıdırğı” hazırlıq görülür. Tribuna.az xəbər…