Ermənistan Baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” informasiya agentliyinə açıqlamasında bildirib.
Dmitri Peskov qeyd edib ki, Nikol Paşinyan Moskvaya səfəri zamanı sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarını açıqlayacaq:
"Düşünürəm ki, o, Moskvada olarkən qeyri-rəsmi sammitdə iştirak edib-etməyəcəyini məhz orada bildirəcək".