Elçin Məsiyev dünya çempionatına təyinat aldı

FİFA referisi Elçin Məsiyev FİFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.