Əvvəl qayınatasının evini yandırdı, sonra isə arvadını öldürdü – Şok cinayət – Foto

Türkiyənin Çorum şəhərində üç övladının gözü qarşısında həyat yoldaşı Esin Özdemiri tapança ilə güllələyərək öldürən 44 yaşlı Gökhən Özdemirin cinayətdən təxminən yarım saat əvvəl qayınatasının evini də yandırdığı məlum olub.

19 illik həyat yoldaşını öldürən şəxs hadisədən sonra 11 saat polisə müqavimət göstərib. Daha sonra cinayətdə istifadə etdiyi silahla öz başına atəş açaraq intihara cəhd edib.

Ağır yaralanan Özdemir xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İstintaq zamanı onun həyat yoldaşını öldürməzdən təxminən yarım saat əvvəl qayınatasına məxsus evi də yandırdığı müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.