SOCAR İsraildə qaz yatağında qazıntı işlərinə başladı

SOCAR-ın strukturuna daxil olan “Caspian Drilling Company” (CDC) şirkəti İsrailin cənubunda qaz perspektivli quyunun qazılmasına başlayıb.

APA-ya istinadla, şirkət “Mosestro” şirkətinin sifarişi əsasında "Sifra North 01" quyusunda qazma işləri aparır.

""Caspian Drilling Company Ltd" (CDC) və Kompleks Qazma İşləri Tresti (KQİT - SOCAR-ın qazma struktur bölməsi) sifarişçimiz "Mosestro" üçün İsraildə "Sifra North 01" quyusunda birgə qazma işlərinə başlanıldığını məmnuniyyətlə bildirirlər. Qazma öncəsi yoxlama siyahısı üzrə bütün yoxlamalar tamamlandıqdan sonra 22 noyabr 2026-cı il saat 11:20-də quyunun qazılmasına başlanılıb. Bu mühüm mərhələ hər iki komandanın hazırlığını və əlaqələndirilmiş işini əks etdirir. Sifarişçimiz Mosestro-ya, layihə tərəfdaşlarımıza və hazırlıq işlərinə töhfə verən hər kəsə təşəkkür edirik. CDC və KQİT qazma işlərinin təhlükəsiz və səmərəli aparılması üçün sıx əməkdaşlığı davam etdirəcəklər", - məlumatda qeyd olunur.