2 azyaşlı qızın ölümü ilə bağlı rəsmi açıqlama

2026-ci il noyabrın 7-si saat 09:35 radələrində və 22 noyabr saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.

Bu barədə informasiyanı TƏBİB yayıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

“Təcili tibbi yardım briqadaları 7 noyabrda 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22 noyabrda isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktını qeydə alıb”.