ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən ənənəvi Şükran Günü mərasimində iki hindini – Freedom və Feathersi əfv edib.
Xarici mediaya istinadən, mərasim çərşənbə axşamı Ağ Evdə baş tutub. Trampın həyat yoldaşı Melaniya Tramp və digər rəsmilərin də iştirak etdiyi tədbirdə prezident hindilərin bayram süfrəsinə çevrilməkdən xilas edildiyini elan edib.
Mərasim zamanı maraqlı hadisə də yaşanıb. Ağ Evin Cənub çəmənliyində təşkil olunan tədbirə yalnız Freedom adlı hind quşu çıxarılıb. Onun yoldaşı Feathers isə kolluqların arasına qaçaraq gözdən itib.
Buna baxmayaraq, Tramp hər iki hindini əfv etdiyini açıqlayıb.
Əfv edilən quşlar həyatlarının qalan hissəsini Texas A&M Universitetində keçirəcəklər. Onların universitetin Şükran Günü ənənəsinin bir hissəsinə çevriləcəyi gözlənilir.
\\ Aydan Bünyatova, Editor.az