Milli Kibertəhlükəsizlik Agentliyi təhlükəsizlik əməliyyatları mərkəzini təkmilləşdirmək üçün mövcud təhdid kəşfiyyatı platformasına əlavə lisenziyalar alacaq. Agentlik bunun üçün dövlət satınalması həyata keçirmişdir.

Satınalma elanında lisenziyaların ehtimal olunan dəyəri 6 milyon 25 min 58 manat göstərilib.

Satınalmanın qalibi “Mirai Technology” MMC olub.

Qeyd edək ki, Mirai Technology MMC informasiya texnologiyaları sahəsində geniş çeşiddə məhsullar, həllər və xidmətlər təqdim edən İT şirkətidir.

Müsabiqə 2026-cı il sentyabrın 30-da elan edilib, təkliflərin qəbulu oktyabrın 28-də başa çatıb. Əlavə lisenziyalar agentliyin istifadə etdiyi platformanın funksiyalarını genişləndirmək üçündür.