Rusiyanın Maqnitoqorsk şəhərində 61 yaşlı ərini öldürməkdə ittiham olunan 60 yaşlı qadın həbs edilib.
Rusiya mediasına istinadən, hadisə noyabrın 13-də gündüz saatlarında Qryaznov küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Ər-arvad arasında yaranan mübahisə zamanı qadın həyat yoldaşına zərbələr endirib. Kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətldən sonra qadın ərinin ölümü barədə heç kimə məlumat verməyib və bir həftə ərzində meyitlə eyni mənzildə yaşamağa davam edib.
Bir həftə sonra binanın sakinləri mənzildən gələn xoşagəlməz qoxuya görə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra kişinin meyiti aşkarlanıb.
Polis əməkdaşları qadını saxlayıblar. İstintaqın vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Faktla bağlı araşdırma aparılır.