Almaniyanın Kexl şəhərində bir erməni ailəsinin beş üzvü evində ölü tapılıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Hadisə erməni uşaqlarının məktəbə getməməsi ilə bağlı narahatlıqlar yarandıqda məlum olub. Mənzilə daxil olan polis üçü uşaq da daxil olmaqla beş ailə üzvünün meyitini aşkar edib. Daha iki uşaq isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Ölüm səbəbi qaz sızması kimi göstərilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb. Qaz sızmasının təsadüfən və ya qəsdən baş verdiyi araşdırılır.
Ailə üzvlərinin həm Ermənistan, həm də Almaniya vətəndaşlığı olub.