Hörmətli cənab Prezident,

İsmayıllı rayonu 95 illik yubileyini qeyd edərkən, rayonumuzun hərtərəfli inkişafına göstərdiyiniz diqqət və qayğını yüksək minnətdarlıq hissi ilə xatırlayırıq. Sizin dəstəyiniz sayəsində İsmayıllıda həyata keçirilən layihələr, yaxşılaşan sosial infrastruktur və yaradılan yeni imkanlar sakinlərin həyatında mühüm dəyişikliklərə səbəb olmuşdur. Rayonumuza etdiyiniz səfərlər İsmayıllının inkişafına verdiyiniz əhəmiyyətin və sakinlərə olan səmimi münasibətinizin ifadəsidir.

Möhtərəm Prezident, rayonumuza göstərdiyiniz xüsusi diqqət və qayğıya görə özümüzün və İsmayıllının bütün sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Səadət Rəhimova,

Bəhruz Xələfov,

Maya Mikayılova

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.