Noyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki, Oğuzda yağış, Şahdağda isə arabir qar yağır.
Bəzi ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Gəncə və Tovuzda 24, Zəngilanda 23, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Zaqatala, Daşkəsən, Lerik və Naftalanda 18, Sabirabad və Kəlbəcərdə 17, Tərtər, Şəmkir və Gədəbəydə 16, Şəkidə 15 m/s-dək güclənir.