“Biz maksimumu etməyə çalışdıq. Amma bu da kifayət etmədi”.
Bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, komandasının çıxışını dəyərləndirib, həmçinin futbolçuların performansı və qarşılaşmadan əldə etdikləri təcrübə barədə danışıb.
Dambrauskas Xəyal Əliyevin oyununu xüsusi qeyd edib:
“Çox gözəl performans göstərdi, yaxşı oynadı. Çox qaçdı, pressinq etdi, gözəl hücumlar yaratdı. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq”.
Baş məşqçi “Barselona” ilə matçdan nə qazandıqlarını da açıqlayıb:
“Çox şey qazanmışıq. Hazırlıq, mental tərəfləri... Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmamalıyıq. Əsas məsələ necə reaksiya verməyimiz idi”.
O, həmçinin “Barselona”nın baş məşqçisi Hans Flikin xoş sözlərinə münasibət bildirib:
“O, çox tərbiyəli və mənəvi cəhətdən yüksəkdir. Sözlərinə görə sağ olsun”.